"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"

10 yanvar 2025-ci il tarixində milli birlik və mədəni irsin gələcək nəsillərə ötürülməsi məqsədilə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra təyyarə qəzasında həlak olan soydaşlarımızın və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sagirdlərin hazırladığı müxtəlif kompozisiyalar numayiş etdirildi. Məktəbin xor kollektivi həmrəylik günü və yeni ilə aid mahnılar səsləndirdi. Tədbirin sonunda məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Təzəgül Orucova şagirdlərə və musiqi müəlliməsi Zərifə Məmmədovaya təşəkkürünü bildirdi.