Dərsdinləmələr davam etdirilir

Məktəbimizdə təhsil keyfiyyətinin yüksəldilməsi məqsədilə dərsdinləmələr davam etdirilir. Dərs müşahidələrinin əsas məqsədi müəllimlərin pedaqoji fəaliyyətini izləmək, dərs prosesinin keyfiyyətini artırmaq, uğurlu təcrübənin yayılmasını təmin etmək, yeni tədris metodlarının tətbiqini təşviq etmək və şagirdlərin dərs prosesində iştirakını daha da aktivləşdirməkdir.
Dərsdinləmələr zamanı müxtəlif fənlər üzrə dərslərdə iştirak edən rəhbərlik, müəllimlərin dərsə hazırlığı, istifadə olunan tədris metodları, şagirdlərin diqqət və fəallığı, həmçinin müəllim-şagird qarşılıqlı əlaqəsini təhlil edir. Bu təhlillər nəticəsində müəllimlərə faydalı tövsiyələr verilir və qarşıya çıxan çətinliklərin həlli yolları müzakirə olunur.