Futbol yarışmasının final mərhələsi

Bu gün məktəbimizdə fiziki tərbiyə müəllimi Pərvin Məmmədli və Nəriman Rzayevin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən 7-ci siniflərarası futbol yarışmasının final mərhələsi keçirildi. Final oyunu Dövlət Himninin səsləndirilməsi ilə başladı. Həyəcanlı və gərgin keçən final oyununda 7B sinfi üstün oyun nümayiş etdirərək qalib adını qazandı və kubokun sahibi oldu. II yerə isə 7ç sinif şagirdləri əldə etdilər.
Yarışın əsas məqsədi şagirdlər arasında həmrəylik, dostluq və komanda ruhunu gücləndirmək, həmçinin onların idmana marağını artırmaq idi. Həmrəylik Gününə həsr edilən bu tədbir, yalnız rəqabət yox, həm də birlik və qarşılıqlı dəstək mesajını daşıyırdı. Belə tədbirlər şagirdlər arasında sağlam həyat tərzini təbliğ etməklə yanaşı, həm də onların şəxsi inkişafına töhfə verir.. Qalib komanda 7B sinfini ürəkdən təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi