Uşaqlara qarşı zorakılığa yox deyək!

Məktəbimizdə "Uşaqlara qarşı zorakılığa yox deyək!" adlı tədbir keçirildi.
Uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarını təmin edir. Bəzi hallarda uşaqlara düzgün münasibət göstərilmir və bu, bir çox fəsadlara gətirib çıxarır. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur. Dövrümüzdə daha çox rast gəlinən məişət zorakılığıdır. Bu da bir çox səbəblərdən qaynaqlanır. Lakın heç bir səbəb şiddətin göstərilməsinə, uşaqların hüquqlarına əngəl olmasına əsas gətirmir. Ümumiyyətlə, uşaq hüquqlarını pozan bütün hallar zorakılıq kimi qiymətləndirilir.