Heydər Əliyevin anım günü ilə əlaqədar mühazirə oxunub

2024-cü ilin 12 dekabr tarixində, Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar olaraq, məktəbin tarix müəllimi Dövran Abuzərovun təqdimatında Azərbaycanın müasir tarixinin əvəzsiz lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş mühazirə oxunub.
Mühazirə zamanı Dövran müəllim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki yeri və roluna dair geniş məruzə təqdim edib. O, Heydər Əliyevin ümummilli lider kimi Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsi yolunda göstərdiyi müstəsna xidmətlərdən, həmçinin ölkənin sosial-iqtisadi və siyasi inkişafındakı böyük nailiyyətlərdən danışıb. Xüsusi olaraq vurğulandı ki, Heydər Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanı dünya miqyasında tanıdan strateji siyasət onun irsini yaşadır və gələcək nəsillərə təhvil verir.
Mühazirənin məqsədi Heydər Əliyevin həyat və fəaliyyətinə dair şagirdlərə məlumat vermək, onun Azərbaycanın müstəqilliyinin bərpası və inkişafında oynadığı mühüm rolu başa salmaq və gənc nəslə ümummilli liderin ideyalarını və irsini tanıdaraq, gələcəkdə bu dəyərləri yaşatmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi