“Xoşbəxt Gələcək Naminə"

Məktəbin ibtidai sinif müəllimi Gülgün Paşayevanın təqdimatında Akt zalında "Yaşıl Dünya Naminə Həmrəylik İli"nə həsr olunmuş “Xoşbəxt Gələcək Naminə" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi şagirdlər və valideynləır də iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əsas diqqət, iqlim dəyişikliyi, təmiz enerji istifadəsi, su resurslarının qorunması və ətraf mühitin mühafizəsi kimi mühüm mövzulara yönəldilib və ekoloji məsələlərə diqqət çəkmək, təbii sərvətlərin qorunması və davamlı inkişaf prinsiplərinin təbliği məqsədilə təşkil olunub. Gülgün Paşayeva və 4e sinif şagirdlərinin maraqlı kompazisiyası ilə davam edən tədbirin sonunda məktəbin direktoru Laçın Hüseynliyə söz verilib. O qeyd edib ki, ətraf mühitin qorunması və yaşıl ekologiyanın vacibliyi kimi mövzular şagirdlərimiz üçün çox vacibdir. Bu məsələlər yalnız bizim gələcəyimiz üçün deyil, bütün dünyamız üçün həyati əhəmiyyət daşıyır. Ekoloji məsələlərə diqqət çəkmək, təbii sərvətlərin səmərəli istifadə edilməsi və davamlı inkişafın təmin edilməsi bizim hamımızın ortaq məsuliyyətidir. Sonda məktəbin direktoru tədbirin təşkilatçılarına, xüsusilə də Gülgün Paşayevaya və 4E sinifinin şagirdlərinə təşəkkürünü bildirib