Metodiki Şuranın növbəti iclası keçirilib

Bu gün məktəbin kitabxanasında Metodiki Şurasının növbəti iclası keçirilib. İclasda təhsil müəssisəsinin fəaliyyət planına uyğun olaraq, cari tədris ili üçün əsas məsələlər müzakirə olunub.
Toplantıda məktəb rəhbərliyi və metodbirləşmə rəhbərləri iştirak ediblər. İclas zamanı müəllimlərin peşəkar inkişafı, tədris metodlarının təkmilləşdirilməsi, dərsdinləmə meyarları və uğurlu təcrübənin yayılması mexanizmləri müzakirə edilib.
Müzakirələr zamanı iştirakçılar müxtəlif təkliflərlə çıxış ediblər və gələcək fəaliyyət planlarına dair bir sıra qərarlar qəbul olunub. Şura üzvləri həmçinin qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar. İclasın sonunda iştirakçıların sualları cavablandırılıb. Tədbir səmərəli müzakirələrlə yekunlaşıb.