Yaşıl sərgi

Məktəbin ibtidai sinif şagirdləri tərəfindən "Yaşıl Dünya Naminə Həmrəylik İli"nə həsr olunmuş ətraf mühitin qorunması və yaşıl planetin əhəmiyyətinə diqqət çəkməyi hədəfləyən əl işlərindən ibarət sərgi təşkil edilib. Dəhlizdə nümayiş olunan sərgi şagirdlərin yaradıcılığını və təbiətə sevgisini nümayiş etdirib. Sərgidə təkrar emal materiallarından hazırlanmış sənət nümunələri, əl boyaması ilə hazırlanmış dekorativ elementlər və digər maraqlı əl işləri yer alır. Sərginin məqsədi şagirdlərin ekoloji biliklərini artırmaq, həmçinin məktəb icmasında yaşıl düşüncə və həmrəylik ruhunu gücləndirməkdir. Şagirdlər öz işlərini təqdim edərkən həmyaşıdlarına və müəllimlərə öz ideyalarını izah edir, ekologiyanın qorunmasının hər kəsin üzərinə düşən məsuliyyət olduğunu vurğulayırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi