Direktoryanı müşavirənin növbəti iclası keçirilib

Bu gün direktoryanı müşavirənin növbəti iclası keçirilib. İclasda məktəbdə təhsil keyfiyyəti, nizam-intizam qaydaları və təşkilati məsələlər ətrafında ətraflı müzakirələr aparıldı. Müşavirə zamanı məktəbin ümumi inkişafına dair yeni təkliflər və perspektivlər müzakirə olunaraq, həyata keçirilməsi üçün konkret addımlar müəyyənləşdirildi. Müşavirənin sonunda müxtəlif prosedur qaydaların tətbiqi üçün qərar qəbul edildi. Qeyd edək ki, direktoryanı müşavirənin keçirilməsinin əsas məqsədi məktəbin tədris və idarəetmə proseslərinin səmərəliliyini artırmaq, mövcud problemləri müzakirə edərək onların həlli üçün strategiyalar və proseduralar müəyyənləşdirmək həmçinin, ümumi məqsədlərə çatmaq üçün kollektiv səyləri əlaqələndirməkdir.