"Zəfər Günü"

Bu gün məktəbimizdə 8 Noyabr "Zəfər Günü"nə həsr olunmuş məktəblər arasında əlaqələri genişləndirmək, şagirdlərdə vətənpərvərlik ruhunu təbliğ edilməsi məqsədilə Azərbaycan Beynəlxalq Maarif məktəbinin VI sinif şagirdləri ilə məktəbimizin VI sinif şagirdləri arasında futbol yarışı keçirilmişdir. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Azərbaycan Beynəlxalq Maarif məktəbinin Fiziki tərbiyə müəllimi Ağazadə Allahşükür, məktəbimizin Fiziki tərbiyə müəllimləri Rzazadə Nəriman, Məmmədli Pərvin və Məmmədov Sərxanın təşkilatçılığı ilə baş tutan yarışı direktor müavini Nəcəf Bayramov açıq elan etdikdən sonra start verildi. Nəticə etibarilə məktəbimizin şagirdləri 6-5 hesab ilə qalib gəldilər. Sonda yarışda iştirak etdiyi üçün komanda üzvləri rəğbətləndirildi. Məktəb rəhbərliyi tərəfindən simvolik dəmir yumruq kuboku məktəbimizin şagirdlərinə təqdim edildi.
Şagirdlərimizi təbrik edir və gələcəkdə davamlı uğurlar arzu edirik.