“8 Noyabr Zəfər Günü”

Bu gün məktəbimizin Akt zalında “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Vəliyevanın təşkilatçılığı ilə baş tutan tədbirdə şagirlər , valideynlər, fənn müəllimləri, şəhid ailələri, müharibə vetranları və məktəb rəhbərli iştirak edib. Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayan tədbirdə şagirdlərəmizin ifasında vətənpərvərlik hisslərini özəlliklə vurğulayan musiqilər, rollar, rəqslər və personajları nümayiş etdirildi. Həmçinin, tədbir çərçivəsində 44 günlük zəfər yolunu xatırladan videoçarxlar izləndi və Zəfər Gününün mənasını dərinləyən anlar yaradıldı. Həmçinin 44 günlük vətən müharibəsində iştirak edən məktəbin riyaziyyat müəllimi Asif Cümşüdovun təqdimatı tədbirə xüsusi rəng qatdı.
Sonda məktəbin direktoru çıxışında bu tədbirin önəmindən bəhs edərək, şəhidlərimizin qəhrəmanlıqlarını və onlara olan borcumuzu vurğuladı. O, şəgirdlərin vətənpərvərlik ruhunun daima yüksək tutulmasının vacibliyini qeyd edərək, şanlı tariximizi unutmamaq üçün bu kimi tədbirlərin davam etdirilməsinin çox önəmli olduğunu qeyd edərək, tədbirə qatılan şəhid ailələrinə, veteranlara, təşkilatçılara minnətdarlığını bildirdi.
Qeyd edək ki, tədbirin keçirilməsindən əsas məqsəd, şəgirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, Zəfər Gününün önəmini vurğulamaq, şəhidlərimizin xatirəsini önləmli tutmaq və şanlı tariximizi daimi yaddaşlarda qalmasını təmin etməkdən ibarətdir.