“Zəngilan şəhəri günü” və “Qubadlı şəhəri günü”

313 nömrəli tam orta məktəbdə “Zəngilan şəhəri günü” və “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirildi. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimləri Aida Məmmədova və Dövran Abuzərov şagirdlərə Zəngilanın və Qubadlının tarixi, coğrafiyası, təbiəti, abidələri ilə bağlı məlumat verdilər.

Zəngilan və Qubadlı şəhərinin azad edilməsi, xalqımızın birliyinin və möhkəm iradəsinin təcəssümüdür və bu tarix hər zaman xalqımızın qüruru olaraq qalacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi