Nizam-İntizam Şurasının növbəti iclası

24 oktyabr 2024-cü il tarixində Məktəb Nizam-İntizam Şurasının növbəti iclası keçirildi. İclas zamanı məktəbin nizam-intizam qaydaları, xüsusilə də təhsilalanlar tərəfindən mobil telefonların dərs müddətində istifadəsi ilə bağlı yeni qaydalar müzakirə olundu. Müəssisənin pedaqoji heyətindən alınan çoxsaylı məlumatlardan məlum olmuşdur ki, şagirdlərin dərs prosesində mobil telefonlardan istifadəsi tədris prosesinə mənfi təsir edir və bu cür halların qarşısını almaq üçün müvafiq tədbirlər görülməsinin vacibliyi bildirilib.
Müzakirələrdə şagirdlərin də iştirakı təmin olundu və onların fikirləri diqqətlə dinlənildi. Şagirdlər mobil telefonlardan istifadənin dərsdə fokuslanma qabiliyyətinə təsiri ilə bağlı öz fikirlərini bildirdilər və bu qaydaların tətbiqinə nə üçün ehtiyac olduğunu anladıqlarını ifadə etdilər. Sonda mobil telefonların istifadəsi ilə bağlı müvafiq qərar və proseduralar qəbul edildi
Valideynlərə bu qaydalarla bağlı rəsmi məlumatın verilməsi və qərarların tətbiqi üçün növbəti həftədən tədbirlər görülməsi planlaşdırılır.