“Yaşıl sinif”lərin yaradılması

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, 313 nömrəli tam orta məktəbdə “Yaşıl sinif”lərin yaradılması ekoloji maarifləndirmə və şagirdlərin təbiətə bağlılığının artırılması məqsədilə tədbirlər həyata keçirilməkdədir. Məktəbimizin ibtidai sinif müəllimi Ağayeva Günel 2Ç sinif şagirdləri ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Planet bizim evimizdir”, “Təbiəti qoruyaq”, “Evimizi təmiz saxlayaq” kimi şüarları səsləndirmiş, şəkilləri rəngləməklə, sinifdə ətraflı müzakirə etmişdir. Bu dərslər təbiəti qorumağın yollarını öyrənmək üçün çox əhəmiyyətli vasitələrdən biridir.