“Yaşıl dünya naminə həmrəylik ili”

313 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər davam edir. Belə ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Dəyirmi masa” və seminarlar, ağacəkmə aksiyaları, təmiz ətraf mühit barədə müsabiqələr təşkil olunur. Tədbirdə dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açılır.