Kitaba sevgi

Kitab və mütaliənin təbliği – hər bir kitabxana fəaliyyətinin əsas istiqamətidir. Uşaqlarda kitaba sevginii artırmaq, kitabxana qaydalarına yiyələnmək, kitabxanadan özlərinin sərbəst istifadə etməsi məqsədilə məktəbin kitabxanaçıları və ibtidai sinif müəllimi Səadət Yusubovanın rəhbərliyi ilə "1a" sinif şagirdlərinin kitabxana ilə tanışlığı baş tutdu.
Şagirdlərin kitabxana ilə tanışlığında əsas məqsəd uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini bir daha artırmaqdır. Kitabxanada təşkil olunmuş oxu saatı zamanı kitabxana müdiri Xatirə Kərimova və ibtidai sinif müəllimi Səadət Yusubova şagirdlərə kitab, onun yaranması, kitabların rəflərdə düzülüşü, kitabı axtarma qaydaları, kitabxanada oxucunun özünün necə aparması barədə geniş məlumat verdilər. Bundan başqa kitabxanaçılar şagirdləri uşaq ədəbiyyatları ilə tanış etdilər. Sonda şagirdlər kitabxanada xatirə şəkili çəkdirdilər.