Metodiki Şura təşkil edilib.

15 oktyabr 2024 - cü il tarixdə, məktəbimizdə tədris keyfiyyətini yüksəltmək, pedaqoji işləri təkmilləşdirmək və müəllimlərin peşəkar inkişafını dəstəkləmək məqsədilə yeni Metodiki Şura yaradıldı. Şuranın sədri vəzifəsinə təlim - tərbiyə işləri üzrə direktor müavini Nəcəf Bayramov seçilib. Təlim - tərbiyə işləri üzrə direktor muavinləri, kitabxana müdiri, fənn birliyi rəhbərləri metodiki şuranın üzvləri təyin edilib. Məktəb metodiki şurası tədris planlarının (illik və gündəlik), metodiki materialların hazırlanması və mütəmadi olaraq yenilənməsi, şagirdlərin akademik nailiyyətlərinin təhlili və tədris keyfiyyətinin qiymətləndirilməsi, fənn birliklərinin iş fəaliyyətinin gücləndirilməsi və tədris resurslarının səmərəli istifadəsinin təmin olunması, müasir təlim texnologiyalarının tədris prosesinə tətbiq edilməsi və elmi - tədqiqat (Kiçik Akademiya, sabahın alimləri və s.) fəaliyyətlərinə dəstək verilməsi, dərs müşahidələri və uğurlu təcrübənin yayılması vəzifələrini öz üzərinə götürür. Metodiki şuranın təşkili məktəbdəki ümumi tədris mühitini daha səmərəli və modern etmək məqsədi daşıyır.