İntizam şurasının növbəti iclası keçirilib

Bu gün məktəbimizdə İntizam Şurasının növbəti iclası keçirilib. Məqsəd valideynlərin dərs müşahidəsi zamanı tətbiq olunası məktəb daxili prosedurların müəyyən olunması idi. İclasda əsas müzakirə mövzusu dərs müşahidəsi zamanı valideynlərin davranışları olub. Toplantıda şuranın sədri Əliyeva Mehriban Azad qızı olmaqla digər üzvlər, sinif rəhbərləri və məktəb psixoloqları iştirak etdilər.
İclas zamanı valideynlərin dərs müşahidəsi zamanı sinifdəki davranış qaydalarına riayət etmələri və müşahidə zamanı nümayiş etdirdikləri davranışların dərsin keyfiyyətinə təsiri geniş müzakirə olunub. Sonda müvafiq prosedurların tətbiqi məqsədi ilə şura tərəfindən qərar qəbul olunub.