Direktoryanı müşavirə

03 oktyabr 2024 - cü il tarixdə məktəbdə direktoryanı müşavirə təşkil olunub. Müşavirənin yaradılmasında məqsəd məktəbdə idarəetmənin kollegial  prinsiplər əsasında  həyata keçirilməsi, tədrisin keyfiyyətinin artırılması, şagirdlərin uğurlu inkişafının təmin edilməsi və məktəb mühitinin daha yaxşı idarə olunmasıdır. Müşavirənin sədri məktəbin direktoru L. Hüseynli tərəfindən direktor, sədr muavini isə N. Bayramov təyin edilib. Qeyd edək ki, məktəb rəhbərliyi ilə yanaşı iki nəfər sinif rəhbəri, məktəb üzrə metodbirləşmə sədri, bir nəfər valideyn və bir nəfər şagird müşavirədə təmsil olunacaq. İlk olaraq məktəb kollektivinin rəy sorğusu ilə müəyyənləşdirilmiş növbətçi müəllimin vəzifələri müzakirə olunaraq qəbul olunub.

Daha sonar intizam komissiyasının yaradılması təklif olunub. İlkin səsvermə zamanı məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əliyeva Mehriban Azad qızı intizam komissiyasının sədri seçilib. Məktəb İntizam Komissiyasının işi məktəb qaydalarına və şagird davranışlarına nəzarət, intizam pozuntularının araşdırılması və tədbirlər görülməsi, cəza və təşviq tədbirlərinin tətbiqi, valideynlərlə əlaqə, tərbiyəvi fəaliyyətlər və məktəbdaxili intizam hesabatlarının hazırlanmasından ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi