27 Sentyabr- Anım gününə həsr edilmiş tədbir keçirildi

313 nömrəli tam orta məktəbdə 44 günlük Vətən müharibəsinin ildönümü və Anım Günü münasibətilə tədbir keçirildi. Tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Vəlizadə şagirdlərə  qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu barədə geniş məlumat verdi.

 Daha sonra məktəbin şagirdləri Anım gününə həsr edilmiş kompozisiyalar təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi