Məktəbimizə yeni təyin olunmuş direktor

313 nömrəli tam orta məktəbə yeni direktor vəzifəsinə təyin olunmuş Hüseynli Laçın Niyazi oğlu

2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 2008-2009-cu illərdə Naxçıvan Sərhəd Diviziyasında hərbi xidmətdə olub. 2009-2015-ci illərdə Fizika müəllimi vəzifəsində işləyib. 2015-2017-cı illərdə Bakı şəhəri 294 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyib. 05.01.2017-ci ildən Bakı şəhəri 195 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işə başlayıb. 2016 - ci ildə Amerika Birləşmiş Ştatlarında "Open world" proqramı çərçivəsində müxtəlif təlimlər, seminarlar və görüşlərdə olub. ADA universitetinin "Təhsilin təşkili və idarəolunması" üzrə magistr pilləsini bitirib. 2015-2016-cı tədris ilində Təhsil Nazirliyinin təşkil etdiyi " Potensial məktəb direktorları" təlim kursunu bitirib. 2020-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olub.

İnanırıq ki, məktəbimizin keyfiyyət göstəricilərinin daha da yüksəlməsi, şagirdlərin uğurlu təhsil alması, pedaqoji kollektivin fəaliyyətinin daha da gücləndirilməsi üçün əlindən gələni edəcək.

Laçın müəllimi təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi