İməcilik keçirildi

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili dəyərə çevirək" devizi altında həyata keçirdiyi istiqamətlərdən biri də "Ekologiya və sağlamlıq"dır. Şagirdlərin milli dəyərləri qoruyub saxlaması ideyasını formalaşdırmaq məqsədilə Novruz bayramı ərəfəsində həyata keçirilən "Çərşənbə iməcilikləri" Azərbaycanın tarixi adət və ənənələrini qoruyub saxlamağa xidmət edir. Bu məqsədlə məktəbyanı ərazidə ağaclar əkilmiş, torpaq sulanmış və məktəb ərazisi tullantılardan təmizlənmişdir.