Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi

20 fevral 2017-cı il tarixdə məktəbimizdə 7-ci sinif şagirdlərinin təqdimatında 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi. "Ana dilimizi sevək, sevdirək" adlanan musiqili ədəbi- bədii kompozisiyada ana dilinə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi, Cəlil Məmmədquluzadənin "Anamın kitabı" tragikomediyasından bir parça nümayiş olundu. Məktəbimizin ədəbiyyat müəllimi Təranə Vəliyevanın təşkil etdiyi bu tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və valideynlər iştirak edirdilər. Sonda məktəbin direktoru Z. Bayramov çıxış edərək bu bayram münasibətilə hamını təbrik etdi, dilimizi qorumağı və onun saflığı uğrunda mübarizə aparmağı tövsiyə etdi.