TARİXİ ŞƏXSİYYƏTLƏRİMİZƏ SAHİB ÇIXAQ

AMEA A.A.Bakıxanov adınaTarix İnstitutunun dəstəyi ilə Respublikanın Ümumtəhsil məktəblərində “Tarixi Şəxsiyyətlərimizə sahib çıxaq” layihəsinə start verilib. Layihə üzrə ilk konfrans Bakının 313 saylı tam orta məktəbində keçirilib. Konfransın giriş sözü ilə məktəbin direktoru Zakir Bayramov acaraq qonaqları salamladı və konfransa öz işində uğurlar arzuladı. “Tarixi Şəxsiyyətlərimizə sahib çıxaq" layıhəsinin təşkilat komıtəsının sədrı, 313 saylı tam orta məktəbin tarix müəllimi Araz Şamılov cixiş edərək layihənin hədəfləri haqda konfrans iştirakçılarını məlumatlandırdı. Çıxışda qeyd olundu ki, Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Bütövləşir Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, "özünün kim olması", mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır. Yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün "nə etməli" olduğunu qərara alır. Ele bu meqsədlə bu layıhəyə başladıq və bizə dəstək olan hər kəsə özəlliklə hörmətli alimimiz Yaqub müəllimə təşəkkür edir, inanırıq ki, layihəmiz uğurlu olacaq. Nəhayət “Tarixi Şəxsiyyətlərimizə sahib çıxaq layıhəsı üzrə ilk konfransın məruzəsi ilə AMEA A.A.Bakıxanov adınaTarix İnstitutunun direktoru, professor Yaqub Mahmudlu çıxış etdi. O , xalqımızın çoxəsrlik dövlətçilik tarixinə və tarixi şəxsiyyətlərinin keçmişinə işarə edərək bu konfransların önəmini xüsusilə vurğuladı. Yaqub Mahmudlu bıldırdı kı, Xalqımızın tarixində tarixi yaradan görkəmli şəxsiyyətlər, dövlət xadimləri və sərkərdələr az olmamışdır. Həmin insanlar tarixin müxtəlif mərhələlərində özlərinin ən yaxşı keyfiyyətlərini nümayiş etdirmiş, kimisi elmi, kimisi qəhrəmanlığı, kimisi sərkərdəlik bacarığı, kimisi də ictimai-siyasi sahədə xidmətləri ilə əsrlərin, qərinələrin yaddaşına köçmüşdür. Azərbaycan xalqı tarix boyu onları daim anmış və qürur duymuşdur.Cavanşir, Babək, Atabəy Eldəniz, Cahan şah, Uzun Həsən, Şah İsmayıl, Nadir şah, Ağaməhəmməd şah Qacar və s. tarixi şəxsiyyətlər ən parlaq simalardan olmuş və bu günə qədər belə taninmaqdadirlar. Məruzəçi bildirdi ki, Dövlət müstəqilliyi əldə etmiş millət, vətəndaşlarımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar, bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək üçün əsas verərdi. Lakin bunun üçün milli tariximizin sovet ideologiyasının təzyiqi altında itirilmiş səhifələrinin bərpa edilməsi çox vacibdir. Daha sonra professor Yaqub Mahmudlu Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai haqda iştirakçılara ətraflı məlumat verdi. Geniş məruzədən sonra cıxışlar başlandı. 313 saylı tam orta məktəbin tarix müəllimi Dövran Abuzərov , Bakı şəhər Təhsil idarəsinin müdir müavini Hüseyn Əskərov mövzu ətrafında çxışlar etdilər. Cıxış edənlər ........ Konfransın əhəmıyyətı haqda təkidlə fikirlərini payşlaşdılar. Qeyd etmək lazımdır ki,bu layıhə əsasında Konfransların kecrilməsi birinci mərhələdə Bakı şəhəri üzrə , ikinci mərhələdə respublikanın digər şəhər və rayonlarında təşkil olunacaq. Konfranslarda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları və tarix müəllimləri iştirak edəcəklər.