Xocalı soyqırımının 31 - ci ildönümü

313 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 31 - ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Zakir Bayramov şagirdlər və valideynlər qarşısında çıxış edərək 1992 - ci ilin 26 fevral tarixində mənfur düşmənlərimiz ermənilərin ruslarla birləşərək bizə qarşı bəşəriyyətin ən ağır cinayətlərindən birini törətdiklərini bildirdi. Şagirdlərin nümayiş etdirdikləri kompozisiyalar və şeir nümunələri maraqla qarşılandı.