“20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”

313 nömrəli tam orta məktəbdə Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” mövzusunda dərslər keçirilmişdir. Məktəbin ibtidai sinif müəllimi Günel Ağayeva şagirdərə 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan vətən övladlarının şücaətindən bəhs etmişdir.