Ceyhun Hacıbəylinin 125 illiyi qeyd olundu

Noyabrın 15-də məktəbin 7-ci sinif şagirdlərinin təqdimatında mühacir ədəbiyyatımızın, tariximizin,publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəylinin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu. " İstiqlal mücahidi- Ceyhun Hacıbəyli "adlanan bu tədbirdə məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak edirdi. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Vəliyeva hazırlamışdı. Tədbirin keçirilməsində məqsəd müstəqil Azərbaycanımızın azadlığı uğrunda vətəndən uzaqlarda son nəfəsinədək daim mübarizə aparmış vətən oğullarımızdan biri olan Ceyhun Hacıbəylinin Azərbaycanın istiqlalı uğrunda xidmətlərini geniş ictimaiyyətə çatdırmaq və onu şagirdlərimizə tanıtdırmaq idi. . Məktəbin direktoru Zakir Bayramov tədbirin sonunda çıxış edərək bugünkü müstəqilliyimizə məhz Ceyhun Hacıbəyli kimi insanların fədakarlığı sayəsində nail olduğumuzu vurğuladı , müasir, suveren Azərbaycanın məhz Ceyhun Hacıbəyli və silahdaşlarının ucaltdığı dirəklərin üzərində bərqərar olduğunu qeyd etdi. Şagirdlərə öz tariximizi və tarixi şəxsiyyətlərimizi dərindən araşdırıb öyrənməyi və onlarla daim fəxr etməyi tövsiyə etdi. Tədbir gurultulu alqışlarla sona yetdi.