Məktəbimizin uğurları

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibətilə "Daima zirvələrdə dalğalan, ey Bayrağım!" mövzusunda keçirilən inşa müsabiqəsində 10-cu sinif şagirdi Məhəbbətli Aydan III yerə, rəsm müsabiqəsində 6-cı sinif şagirdi Əlizadə Kamran II yerə layiq görülmüşlər. Bu münasibətlə şagirdlərimizi təbrik edirik.