Heydər Əliyevin anadan olmasının 99 –cu ildönümü ilə əlaqədar konfrans

313 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 – cu ildönümü ilə əlaqədar konfrans keçirilmişdir. Konfransda məktəbin direktoru Zakir Bayramov çıxışında bildirdi ki, Ulu Öndər vətənpərvər, uzaqgörən və müdrik şəxsiyyət olmuşdur. Diqqətə çatdırdı ki, Ulu Öndər öz fəaliyyətində hər zaman gənclərin hərtərəfli inkişafına önəm verib, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almasını çox istəmişdir.