"Gəlin birgə oxuyaq"

313 nömrəli tam orta məktəbdə 5 B sinfinin təqdimatında “Oxu günü”nə həsr edilmiş "Gəlin birgə oxuyaq" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin ədəbiyyat müəllimi Təranə Vəliyeva oxunun faydalarından danışmış, kitabların insan zehninə müsbət təsirindən söz açmış, şagirdləri davamlı mütaliə etməyə həvəsləndirmişdir.