"Yaradıcı müəllim"

8 aprel 2022-ci il tarixdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin iştirakı ilə "Yaradıcı müəllim" mövzusunda təqdimat müsabiqəsinin mükafatlandırılma tədbiri keçirildi. Mükafatlandırılma tədbirində məktəbimizdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Vəliyeva Təranə İbrahim qızı “Tərifnamə”yə layiq görülmüşdür. "Yaradıcı müəllim" müsabiqəsinin iştirakçısı olan Təranə müəllimi məktəbimizin kollektivi adından təbrik edir, bundan sonrakı fəaliyyətində də uğurlar qazanmağı arzu edirik.
Məktəbimizin uğuru davamlı olsun.