“Xocalı soyqırımı bütün bəşəriyyətin faciəsidir”

313 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bütün bəşəriyyətin faciəsidir” adlı tədbir keçirilmişdir. Tədbirdə öncə Xocalı qurbanlarının və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin direktoru Zakir Bayramov çıxışı zamanı Xocalı faciəsinin insanlığa və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulamışdır.

Tədbirdə məktəblilərin Xocalı faciəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş olunmuş, vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi