"18 oktyabr-Dövlət Müstəqillik Günü" ilə bağlı tədbir keçirildi

Bu gün məktəbimizdə "18 oktyabr- Dövlət Müstəqillik Günü" ilə bağlı tədbir keçirildi. Himnimizin sədaları altında başlanan tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər. Müstəqillik Gününə həsr olunan video çarx izləndikdən sonra şagirdlərin ifasında seirlər və kompozisiyalar təqdim olundu. Məktəbimizin direktoru Zakir Bayramov tədbirin sonunda çıxış edərək. hər kəsi bayram münasibətilə təbrik etdi.