20 Yanvar - Müstəqilliyə gedən yol

313 nömrəli tam orta məktəbdə X sinif şagirdləri arasında "20 Yanvar - Müstəqilliyə gedən yol" mövzusunda disput keçirilmişdir. Tədbirdə çıxış edən şagirdlər 20 Yanvar hadisələrini həm kədərlə, həm də qürurla yad etmişlər. Bu tarixi hadisəyə aid dəqiq faktlar söylənilmiş, şagirdlərin fikirləri və mülahizələrii dinlənilmişdir.