31-Mart Azərbaycanlıların soyqırımı günü

Hər il olduğu kimi bu il də məktəbimizdə " 31 Mart- Azərbaycanlıların soyqırımı günü " ilə bağlı tədbir keçirilmişdir. Tədbiri məktəbin direktoru Z.Bayramov açaraq bildirdi ki,1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.Bu soyqırım Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli hadisələrdən biridir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir.Bu ərazilərdə dinc əhali kütləvi surətdəqətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Sonda soyqırımla bağlı video və şəkillər nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi