Ömrün payızı

Sentyabrın 30-da məktəbin 7-ci sinif şagirdlərinin təqdimatında 1 oktyabr "Ümumdünya Ahıllar Günü" böyük təntənə ilə qeyd olundu. "Ömrün payızı" adlanan bu tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və ahıl qonaqlar iştirak edirdi. Tədbir şagirdlərin maraqlı çıxışları ilə yadda qaldı. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Vəliyeva hazırlamışdı. Tədbirin keçirilməsində məqsəd ahıl insanlara qayğı və diqqətin artırılması , şagirdlərdə böyüklərə hörmət və qayğı hissini formalaşdırmaq idi. Şagirdlər çıxış edərək bildirdilər ki, onlarsız həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır. Ahıl insan hər bir ailənin möhkəmliyi, dadı-duzu deməkdir. Daha sonra ümumdünya ahıllarına həsr edilmiş bir videoçarx izləndi. Bu videoçarxda yaşlanmanın əslində bir uğur olduğu, bir yük olmadığı vurğulandı. Ahıl insanın heç də qocalmış,köhnəlmiş insan demək olmadığı,əksinə yaşa dolmuş, yaşlanmış və bununla müdriklik ,hikmət qazanmış bir insan olduğu bildirildi. Sadəcə, bir az yorğun olmasının səbəbi kimi başçılıq etdiyi gənc nəsli daim ardınca aparmış olması ,ürəkdən öz təcrübəsi və biliyi ilə bölüşməsi və həmişə bizlərə öz məsləhəti və nümunəsi ilə örnək olduğu göstərildi. Şagirdlər gözəl şeirlər və mahnılar ilə ahıl insanlara öz sonsuz təşəkkürlərini bildirirdilər və sağ olsunlar dedilər, ona görə ki ölkəmizin və ailəmizin rifahı üçün daim əmək sərf edərək çalışmışlar. Tədbirdə həmçinin o da vurğulandı ki, cəmiyyət üçün ahıl insan əvəzolunmazdır. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını düşünmək səhv yanaşmadır. Qocaların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür. "Ömrün payızı adlanan" musiqili kompozisiya gurultulu alqışlarla sona yetdi. Məktəbin direktoru Zakir Bayramov tədbirin sonunda çıxış edərək gələn qonaqları bayram münasibətilə bir daha ürəkdən təbrik etdi və onlara öz təşəkkürlərini bildirdi. Məktəbin şagirdlərinə isə həmişə böyüklərə qarşı diqqətli və qayğıkeş olmalarını və ahıl insanların həyat təcrübəsindən yararlanmalarını tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi