"Zəfərə gedən yol"

313 nömrəli tam orta məktəbdə “Zəfərə gedən yol” adlı tədbir keçirilmişdir. Ölkəmizin “Zəfər bayramı”nı qeyd etməyə hazırlaşdığı bir vaxtda keçirilən bu tədbirdə məktəbin direktoru Zakir Bayramov  Şanlı Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan, Azərbaycan əsgərinin sücaətindən, xalqımızın əzmkarlığından, Ali Baş Komandan İlham Əliyevin seçdiyi düzgün taktiki və döyüş strategiyasından danışdı. Məktəbimizin döyüşçü müəllimi Asif Cümşüdov keçdiyi  şərəfli döyüş yolundan şagirdlərə epizodları söylədi.

Tədbirdə şagirdlərin hazırladığı kompozisiyalar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi