"Son zəng" çalındı

İyunun 14-də məktəbimizdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva, Xocasən bələdiyyəsinin sədriAnar Abbasov, valideynlər və digər qonaqlar iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Zakir Bayramov bu il məktəbi 37 şagirdin bitirdiyini qeydedərək məzunları təbrik etdi. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva bu əlamətdar gün münasibətilə məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı. Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalarla davam etdi.