5 oktyabr – Beynəlxalq Müəllimlər Günü

Azərbaycan Respublikası Təhsil Naziri cənab Emin Əmrullayevin əmri ilə məktəbimizin müəllimi Cümşüdov Asif Cümşüd oğlu təhsilimizin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Asif müəllimi təbrik edir, yeni nailiyyətlər arzu edirik.
Müəllimimizin əməyinə verilən yüksək qiymətə görə cənab nazirə təşəkkürümüzü bildiririk.