5 oktyabr – Beynəlxalq Müəllimlər Günü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə məktəbimizin müəllimi İsmayılov Mərdan Rəhim oğlu təhsilimizin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Əməkdar müəllim” fəxri adı ilə təltif edilmişdir.
Mərdan müəllimi təbrik edir, yeni nailiyyətlər arzu edirik.
Müəllimimizin əməyinə verilən yüksək qiymətə görə cənab Prezidentə təşəkkürümüzü bildiririk.