Anım günü

313 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə bütün şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar böyük ehtiramla yad edilmişdir. Məktəbin məzunu olmuş üç şəhid – Toğrul Hacıyev, Dövlətli İsgəndər və Murtuz Abbasov haqqında xatirələr söylənilmiş, onların ruhlarına dərin məhəbbət ifadə olunmuşdur.