Şəhidlik zirvəsinə ucalmış məzunlarımız

Vətən müharibəsində qəhramanlıqlar göstərərək şəhid olmuş üç məzunumuz Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə orden və medallarla təltif edilmişdir.
1. Abbasov Murtuz Çingiz oğlu – leytenant ölümündən sonra) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (15 dekabr 2020, 18:55), "Vətən uğrunda” medalı (15 dekabr 2020, 18:50) və “Zəngilanın azad olunmasına görə” medalı (25 dekabr 2020, 19:50)
2. Dövlətli İskəndər Vüqar oğlu – gizir (ölümündən sonra) "Vətən uğrunda” medalı (15 dekabr 2020, 18:50) və “Cəbrayılın azad olunmasına görə” medalı (24 dekabr 2020, 19:20)
3. Hacıyev Toğrul Rüfət oğlu – əsgər (ölümündən sonra) "Vətən uğrunda” medal (15 dekabr 2020,18 : 50) və “Füzulinin azad olunmasına görə” medalı (25 dekabr 2020, 19:40)
Allah tarix yazmış bütün şəhidlərimizə rəhmət eləsin.
Onların xatirələri xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.