Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirildi

10.05.2016-cı il tarixdə məktəbimizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə məktəb rəhbərliyi,müəllimlər və şagirdlərin iştirakıilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Z.Bayramov müstəqil Azərbaycan dövlətinin qurucusu,dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə çıxış etdi. Şagirdlər şeirlər söylədilər. Bu münasibətlə 07.05.2016-cı il tarixdə iməcilik keçirilmişdi.İməcilik zamanı məktəbdə təmizlik işləri aparılmış, sinif otaqları təmizlənmiş,həyətyanı sahədə abadlıqişləri görülmüş,ağaclara qulluq olunmuş və yeni ağaclar əkilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi