"1 Mart-Ümumdünya Mülki Müdafiə Günü" münasibətilə tədbir keçirildi

313 nömrəli məktəbdə "1 Mart-Ümumdünya Mülki Müdafiə Günü" münasibətilə tədbir keçirildi. Saat 10.00-da məktəbdə şərti yanğın siqnalı səsləndirilməklə təlimə start verilib. Təlimata uyğun olaraq şagird və müəllim heyəti təxliyə olunub. Hadisə yerinə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub. Şagirdlər yanğının söndürülməsi və şərti yaralılara tibbi yardımın göstərilməsi prosesini izləyiblər. Sonda tədbir iştirakçılarına və şagirdlərə baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqda məlumat verilib.Həmçinin tətbiq olunan müasir avadanlıqların funksiyaları izah olunub.