Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

  313 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Şagirdlər hazırladıqları səhnəciklər, kompazisiyalar və şeir nümunələrini təqdim etdilər.  Məktəbin direktoru Zakir Bayramov çıxış edərək Xocalı faciəsinin tarixindən, baş vermə səbəblərindən danışdı. O bildirdi ki, tarixi hadisələri hər birimiz dərindən öyrənməli, vətənə sevgi və məhəbbət, düşmənə nifrət hisslərini  daim yaşatmalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur. Tədbirdə “N” saylı hərbi hissənin əsgərləri də iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi