Alqoritm və yeni texnologiyalar

İnformasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi, uşaqlarda yaşına uyğun innovativ vərdişlər yaradılması, uşaqların texniki yaradıcılıq potensialının və alqoritmik düşüncə bacarıqlarının artırılması məqsədilə məktəbin informatika müəllimi 5 və 8-ci siniflərdə maarifləndirici tədbirlər təşkil etdi.

Elnarə müəllimə 5-ci sinifdə “Alqoritm” mövzusunda maarifləndirici videoslayd hazırladı, alqoritmin insan həyatında mühüm rolunu uşaqların nəzərinə çatdırdı.

İnformatika müəllimi 8-ci sinif şagirdlərilə isə “Yeni texnologiyalar” mövzusunda müasir texnoloji avadanlıqlar, dronlar, robotlar haqqında şagirdlərə mühazirələr oxudu və videoslaydlar təqdim etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi