"İmtahan həyəcanı nədir" adlı seminar

Ümumi təhsil müəssisələrinin IV siniflərində 18 may tarixində, VI siniflərdə 19 may tarixində keçiriləcək monitorinqlərlə əlaqədar olaraq 14.05.2024-cü il tarixdə məktəbin psixoloqu tərəfindən “İmtahan həyacanı nədir” adlı seminar təşkil edildi.
Seminarda şagirdlərə maarifləndirici slaydlar təqdim edildi, “İmtahan həyacanının yoxlanılması” adlı test işlədildi. Şagirdlərin sualları cavablandırıldı, imtahan həyacanının korreksiyası məqsədilə müxtəlif psixoloji texnikalar təcrübədən keçirildi.
Sonda şagirdlərin hər birinə keçiriləcək monitorinqdə uğur və müvəffəqiyyət arzulandı.