III sinif Monitorinq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhəri üzrə Təhsil idarəsinin “Keyfiyyətə nəzarət sektoru” nun və Təlimə Dəstək Mərkəzinin 3-cü siniflər üçün təşkil etdiyi Ana dili, Riyaziyyat və İngilis dili fənni üzrə 15.05.2024-cü il tarixində monitorinq keçirildi. Monitorinqdə məktəbimizin 3-cü sinfində təhsil alan 28 nəfər şagird öz bilik və bacarıqlarını nümayiş etdirdilər.