https://bakimektebleri.edu.az/302/az/teachers/1/

Turanə Fərhadova Məhərrəm
Sinif rəhbəri

- Turanə Fərhadova Məhərrəm
- Vəzifə: Sinif rəhbəri
- Fənn: Azərbaycan dili, Ədəbiyyat
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti
- Təvəllüd: 16.04.1990
- İlk fəaliyyət ili: 16.09.2024
- E-mail: —
Fərhadova Turanə Məhərrəmqızı - 16 aprel 1990-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Bakı Dövlət Universitetində filologiya (Azərbaycan dili və ədəbiyyat müəllimliyi) üzrə almışdır.Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanla Ə. Zeynallı adına 302 nömrəli tam orta məktəbə azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır.

Arzu Bayramova Həmidağa
Müəllim

- Arzu Bayramova Həmidağa
- Vəzifə: Müəllim
- Fənn: Biologiya
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqiji Universiteti
- Təvəllüd: 18.05.1989
- İlk fəaliyyət ili: 16.09.2024
- E-mail: —
Bayramova Arzu Həmidağa qızı - 18 may 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində biologiya müəllimliyi üzrə almışdır. İlk fəaliyyətinə Müəllimlərin işə qəbulu üzrə xüsusi keçirilən imtahanla Salyan rayon Xıdırlı kənd tam orta məktəbində başlamışdır.2024-2025-ci tədris ilində əlavə iş yeri olaraq Ə. Zeynallı adına 302 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi fəliyyətə başlamışdır.

Arzu Babayeva Rafiq
Müəllim

- Arzu Babayeva Rafiq
- Vəzifə: Müəllim
- Fənn: Azərbaycan tarixi, Tarix, Ümumi tarix
- Bitirdiyi təhsil müəssisəsi: Ali İctimai-Siyasi Kollec
- Təvəllüd: 18.04.1978
- İlk fəaliyyət ili: 15.09.1996
- E-mail: -
Babayeva Arzu Rafiq qızı - 04 aprel 1978-ci ildə Bakı şəhəri Qaradağ rayonunda anadan olub.1994-cü ildə Ali İctimai-Siyasi Kollecin fələsəfə fakultəsində təhsil almışdır.1998-ci ildə isə həmin kolleci bitirmişdir. 1995-ci illərdən başlayaraq Qaradağ rayonu Ələt qəsəbəsi 25 saylı dəmiryol orta məktəbində dərnək rəhbəri, sonralar isə insan və cəmiyyət fənni üzrə müəllim kimi çalışmışdır. Ailəlidir, 2 övladı var.
Əlaqəli xəbərlər
Valideynlərlə məktəb rəhbərliyinin ümumi iclası
21 fevral Beynəlxalq Ana dili gününə həsr edilmiş dəyirmi masa
"32 illik Qanlı yaddaş" başlığı altında tədbir

Südabə Abdullayeva Əmiraslan
Sinif rəhbəri

- Südabə Abdullayeva Əmiraslan
- Vəzifə: Sinif rəhbəri
- Fənn: Coğrafiya, Fakültativ məşğələlər, Həyat bilgisi, İqtisadiyyatın əsasları, Təbiət
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Neft Akademiyası
- Təvəllüd: 10.10.1964
- İlk fəaliyyət ili: 15.09.1990
- E-mail: -
Abdullayeva Südabə Əmiraslan qızı - 10 oktyabr 1964-cü ildə anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Geologiya mühəndisliyi fakultəsinə daxil olmuş, 1989-cu ildə isə oranı bitirmişdir.1990-cı ildən Qaradağ rayonu Ələt qəs. 25 saylı dəmiryol orta məktəbində Coğrafiya müəllimi kimi işə başlamışdır. Ailəli olub, həyat yoldaşı vəfat edib. 2 övladı var.

Humay Hacalıyeva Ağazaman
Müəllim

- Humay Hacalıyeva Ağazaman
- Vəzifə: Müəllim
- Fənn: Cəbr, Fakültativ məşğələlər, Həndəsə, Riyaziyyat
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti
- Təvəllüd: 13.10.1973
- İlk fəaliyyət ili: 01.09.1996
- E-mail: -
Hacalıyeva Humay Ağazaman qızı - 13 oktyabr 1973-cü ildə Bakı şəh. Qaradağ rayonunda anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Riyaziyyat fakultəsinə daxil oldu və 1997-ci ildə isə təhsilini başa vurdu. 1996-ci ildə Qaradağ rayonu Ələt qəsəbəsi 127 saylı orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başladı. Hal-hazırda isə Qaradağ rayonu Ələt qəsəbəsi 302 №li tam orta məktəbdə çalışır. Ailəlidir, 2 övladı var.

Aybəniz Sadıqova Elxan
Müəllim

- Aybəniz Sadıqova Elxan
- Vəzifə: Müəllim
- Fənn: Cəbr, Fakültativ məşğələlər, Həndəsə, İnformatika, Riyaziyyat
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti
- Təvəllüd: 06.08.1975
- İlk fəaliyyət ili: 01.10.2001
- E-mail: -
Sadıqova Aybəniz Elxan qızı - 06 avqust 1975-ci ildə Bakı şəhəri Qaradağ rayonunda anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsinə daxil oldu və 1996-cı ildə isə təhsilini başa vurdu. 2001-ci ildə Qaradağ rayonu Ələt qəsəbəsi 302№li tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başladı. Ailəlidir, 4 övladı var.

Kifayət Rəsulova Gülbala
Müəllim

- Kifayət Rəsulova Gülbala
- Vəzifə: Müəllim
- Fənn: Azərbaycan dili, Ədəbiyyat, Fakültativ məşğələlər
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Institutu
- Təvəllüd: 24.07.1980
- İlk fəaliyyət ili: 02.10.2006
- E-mail: -
Rəsulova Kifayət Gülbala qızı - 24 iyul 1980 -ci ildə Bakı şəhəri Qaradağ rayonunda anadan olub.1998-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Institutunun "Pedaqogika və Psixologiya" fakultəsinə daxil olub, 2003-cü ildə isə oranı bitirmişdir.2005-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun "Azərbaycan dili və ədəbiyyat" fakultəsində 2-ci ali təhsil almışdır. 2006-cı ildən Qaradağ rayonu Ələt qəsəbəsi 302№li tam orta məktəbdə çalışır. Ailəlidir, 3 övladı var.
Əlaqəli xəbərlər
"Əziz Şuşa, sən azadsan" adlı bilik yarışı

Validə Çələbi Şamil
Sinif rəhbəri

- Validə Çələbi Şamil
- Vəzifə: Sinif rəhbəri
- Fənn: Fərdi məşğələlər, Həyat bilgisi, Kimya, Steam
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Neft və Kimya İnstitutu
- Təvəllüd: 04.05.1964
- İlk fəaliyyət ili: 01.10.1989
- E-mail: -
05 may 1964 -cü ildə Bakı şəh. Qaradağ rayonunda anadan olub. 1978-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsi 25 saylı dəmiryol orta məktəbinin 1- ci sinfinə daxil olmuşdur.1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatika və İdarəetmə fakultəsinə daxil oldu və 1986-cü ildə isə təhsilini başa vurdu.1989-cu ildən Qaradağ rayonu Ələt qəsəbəsi 25 saylı dəmiryol orta məktəbində kimya müəllimi kimi çalışmağa başladı. Hal-hazırda da Qaradağ rayonu Ələt qəsəbəsi 302№li tam orta məktəbdə çalışır. Ailəlidir, 2 övladı var.

Günel Əskərova Səttar
Müəllim

- Günel Əskərova Səttar
- Vəzifə: Müəllim
- Fənn: Azərbaycan dili, Ədəbiyyat, Fakültativ məşğələlər
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Asiya Universiteti
- Təvəllüd: 21.01.1985
- İlk fəaliyyət ili: 02.10.2006
- E-mail: -
Balayeva Günel Səttar qızı - 21 yanvar 1985-ci ildə Tacikistanın Düşənbə şəhərində anadan olmuşdur.1990-ci ildə 1-ci sinifə daxil olub.2001-ci ildə Bakı Asiya Universitetinin filologiya fakultəsinə daxil olub.2006-cı ildə isə oranı bitirib.02 oktyabr 2006-cı ildən Qaradağ rayonu Ələt qəsəbəsi 302№li tam orta məktəbdə çalışır. Ailəlidir, 1 övladı var. Hal - hazırda analıq məzuniyyətindədir.
Əlaqəli xəbərlər
"Xocalıya gedən yol"