HAQQIMIZDA

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 302 №li tam orta məktəbin binası 1966- cı ildə təməli qoyulmuşdur. 1967- ci ilin yanvarında da ümumtəhsil məktəbi kimi istifadəyə verilib. Məktəb 964 nəfər şagird üçün nəzərdə tutulub. Məktəb 2012-ci ilin yay dövründə əsaslı təmir olunmuşdur. Hazırda məktəbdə müasir texnika ilə təchiz olunmuş fənn kabinetləri, sinif otaqları, zövqlə işlənilən akt zalı, kitabxana fəaliyyət göstərir. 34 sinif otağı, elektron lövhəsi vardır. 14 ədəd kompüter, 5 ədəd nootbuk,7 printer, 5 ədəd proyektor şagird və müəllimlərin istifadəsindədir. (012)544-16-49 nömrəsi ilə məktəblə əlaqə saxlamaq olar. Məktəbdə 49 müəllim və 14 texniki işçi və 9 inzibati işçi olmaqla 72 nəfər fəaliyyət göstərir.2022/2023-ci dərs ilinin I yarımilində məktəbdə 770 şagird təhsil alır.Təhsil müəssisəsi Pedaqoji Şuranın təsdiq etdiyi illik fəaliyyət planı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmr, sərəncam və tövsiyələri əsasında fəaliyyət göstərir. 302№li tam orta məktəbdə təlim - tərbiyə sahəsində işlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təhsil sahəsində imzaladığı fərmanlara uyğun olaraq qurulmuşdur. Belə ki, “Təhsil İslahatı ”, “Təhsil haqqında Qanun ”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərindən irəli gələn müddəaların həyata keçirilməsi sahəsində mərhələli işlər görülür. Qrafikə uyğun təsdiq edilmiş “ açıq dərs ”lər keçirilir və müzakirə olunur. Yeni pedaqoji texnologiyaların və innovasiyaların tədris prosesində tətbiqinə səy göstərilir. Məktəbin kitabxanasının 300-dən çox abunəçisi var. Bu da təhsil alan şagirdlərimiz üçün mütaliənin əsas olduğunu göstərir. Məktəb kitabxanasının yeni dərslik və ədəbiyyatla təminatı sahəsində iş davam və inkişaf etdirilir, dərsliklərin qorunub saxlanması, səmərəli istifadə olunması işinə nəzarət gücləndirilir, hər ay məktəbdaxili monitorinqlər aparılır. Məktəbdə psixoloji xidmət işinin təşkilinin özünəməxsus yeri var. Məktəbin Psixoloji Xidmət İşinin təşkili üçün ayrılmış kabinet var. Həmçinin istedadlı uşaqların müəyyən edilməsi , onlarla aparılan işin “ Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı ”na uyğun qurulmasına nail olunur.Yeniyetmələrin müstəqil həyata hazırlanması və digər məsələlər barədə psixoloji xidmət göstərilir. O cümlədən, AR Təhsil Nazirliyi tərəfindən təsis olunmuş, şagirdlərin elmi-texniki, tədqiqat işlərinin aparılması, potensiallı şagirdlərin üzə çıxarılmasını təşkil etmək üçün yaradılan "Kiçik Akademiya" layihəsi tətbiq olunaraq, bölmələr üzrə şagirdlər üçün fəaliyyət göstərməyə başlamışdır. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yay dövründə keçirilən Sınaq Diaqnostik Qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda məktəbin müəllimləri iştirak etmiş və yüksək nəticə ilə Qaradağ rayonu üzrə məktəb 6-cı yerə çıxmışdır. 2015/2016-cı dərs ilində məzun olmuş şagirdlərdən 72% olmaqla ali təhsil ocaqlarına qəbul üzrə Qaradağ rayon üzrə 2-ci yer tutmuşdur.2023-2024- cü tədris ilində ilk peşə təmayüllü sinifinin buraxılışı oldu.Həmçinin məktəbin texniki təmayüllü 11 B sinifinin şagirdləri ali məktəblərə qəbul olaraq 100 % nəticə göstərmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi